Azərbaycan Dövlət İnformasiya Agentliyi

MASALLI İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

MASALLI İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Prezident İlham Əliyev Masallı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Rayonun Digah kənd orta məktəbinin direktoru NAİLƏ ƏSƏDULLAYEVA dövlətimizin başçısına müraciətlə dedi:

- Möhtərəm Prezident, sevimli Mehriban xanım xoş gəlmisiniz. Azərbaycanın cənub bölgəsinin dilbər guşəsi Masallıda sizləri salamlayırıq. Qədəmləriniz mübarək olsun. Deyirlər, rəhbərin ayaq qoyduğu torpaq bərəkət gətirər. Arzu edirik ki, Sizin bugünkü bu gəlişiniz də Masallı torpağına bərəkət, xalqımıza ruzi gətirsin. İnanın, bu gün biz hamımız sevinirik, bütün Masallı sakinləri sevinir. Hər kəs Sizi özünün qonağı hiss edir. Sizi sevir, doğma bir şəxs kimi görür.

Sizin bölgələrə səfərlərinizi böyük sevinc, ruh yüksəkliyi ilə

izləyirik və Azərbaycanımızın bugünkü inkişafını görüb fəxr edirik. Bir də ona görə fəxr edirik ki, Azərbaycanımıza, xalqımıza Sizin kimi savadlı, Vətəninə, xalqına sadiq bir lider rəhbərlik edir. Möhtərəm Prezident, bu gün elə bir ailə, elə bir ev yoxdur ki, orada Sizin adınız hörmətlə çəkilməsin. Həm Azərbaycana xidmət edən bir rəhbər kimi, həm də adı böyük hərflə yazılan bir şəxsiyyət kimi Sizə hamının hörməti vardır. Bölgələrə səfərinizi izləyirik və görürük ki, hər bir yerdə gözoxşayan abadlıq işləri gedir. Bizim Masallı da bu işlərdən kənarda qalmır. Sizinlə görüşdüyümüz Heydər Əliyev adına park öz gözəlliyi ilə göz oxşayır. Burada bizim sakinlər istirahətlərini keçirirlər. Heydər Əliyevə ucaldılan bu heykəl bizim sakinlərin ona olan hörmətini, sevgisini göstərir. Gənclərimiz ailə qurarkən bu heykəlin qarşısına gəlir, ehtiram əlaməti olaraq gül-çiçək dəstələri qoyurlar. Rayonumuzda səhiyyədə, təhsildə böyük irəliləyiş vardır. Zərifə Əliyeva adına sağlamlıq ocağının açılması ilə, əlbəttə ki, təkcə Masallı rayonunun sakinləri deyil, bütün bölgədən də buraya müayinə və müalicə olunmağa gələcəklər. Açılan hər bir təhsil, səhiyyə ocağı, hər bir müəssisə yeni avadanlıqla da təmin olunur. Masallının, onun əhalisinin sosial problemləri həll edilir. Masallıya dayanıqlı elektrik enerjisi verilir, kəndlərdə qaz problemi həll olunur, yollarımız, şəhərdaxili küçələrimiz abadlaşır. Əlbəttə bu, böyük irəliləyişdir. Hər məhəlləyə içməli su xətləri çəkilmişdir.

Amma bir təhsil işçisi kimi, əlbəttə ki, bizi daha çox bu sahədəki uğurlar sevindirir, daha əzmlə işləməyə ruhlandırır. Dövlət xətti ilə, Heydər Əliyev Fondunun xətti ilə Masallıda iki il ərzində 10 məktəb binası tikilmiş, hamısı yeni, müasir avadanlıqla təmin edilmişdir. Sevimli Mehriban xanım, əlbəttə ki, bu işdə sizin də böyük əməyiniz vardır. Sizin incə zövqünüz, Vətənə, xalqa olan sədaqətiniz bir daha sübut edir ki, bizim Sara Xatunlar, Natəvanlar müasir dövrdə də yaşayırlar. Sizin bu fəaliyyətiniz biz qadınlara böyük örnəkdir, nümunədir. Buna görə biz sizə dərin təşəkkür edirik və qoy, Allah-Taala sizi həmişə sevindirsin.

Möhtərəm Prezident, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin təşkili, əmək haqlarımızın artırılması, “Müəllimlər yaxşı məktəblərdə çalışmalıdırlar, şagirdlər yaxşı məktəblərdə oxumalıdırlar” sözləriniz gələcəyə qayğının təzahürüdür. Bizi daha əzmlə işləməyə sövq edir. Qadınların III qurultayı ərəfəsində bir çox qadınlarımız mükafatlara layiq görülmüşdür, onların arasında bizim rayondan da 2 qadın vardır. “Tərəqqi” medalına layiq görülməyim məni bir daha sevindirir və məsuliyyət hissimi daha çox artırır. İnanıram və bilirəm ki, bu, təkcə mənim əməyimə deyil, Masallının ziyalı qadınlarına verilən qiymətdir. Buna görə mən Sizə bütün qadınlarımız, ziyalılarımız adından bir daha təşəkkürümü bildirirəm.

Əgər fikir vermisinizsə, Masallının girəcəyində 2 doqquzmərtəbəli bina tikilir. Belə demək mümkünsə, bunlar Masallıda ilk göydələnlərdir. Bu, əlbəttə Masallı sakinlərinin mənzillərə olan ehtiyacını ödəyir. Hansı sahəyə baxırıqsa, insan amilinə, insana xidmətə, xalqın rifahına yönələn xidmətinizi görürük. Bütün bunlara görə Sizə təşəkkür edirik. Mən bir daha Masallı sakinləri adından Sizə “Xoş gəlmisiniz!” deyir, cansağlığı arzulayıram.

Mehriban xanım, siz də ailənizlə birlikdə xoşbəxt olasınız. Sizə Azərbaycanın rifahı naminə gələcək işlərinizdə uğurlar diləyirəm. Çox sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır. Siz, burada yaşayan insanlar bunu daha yaxşı bilirsiniz və mən də bunu görürəm, əvvəllər də olmuşam. Burada baş verən dəyişikliklər, əlbəttə ki, Masallı rayonunun hər bir sakinini və hər bir vətəndaşı sevindirir. Bu gözəl, abadlaşan parklar, təmir olunan binalar, yeni tikilmiş hündürmərtəbəli binalar, məktəblər, tibb ocaqları - bütün bunlar insanlar üçündür, insanların yaxşı yaşaması üçün nəzərdə tutulubdur. Bütün bu gözəl işlər Azərbaycanın gücünü göstərir, ölkəmizin qüdrətini göstərir. Azərbaycan, sözün əsl mənasında, hərtərəfli inkişaf edir. Bizim inkişafımız təkcə statistik rəqəmlərlə ölçülmür. Halbuki, bu statistik rəqəmlər bizə imkan verir ki, biz maliyyə imkanlarımızı daha da genişləndirək və büdcə xərclərimizi sosial məsələlərin həllinə yönəldək. Amma bu irəliləyiş insanların yaşayış səviyyəsinin yaxşılaşmasında, abadlaşan şəhərlərdə, çəkilən yollarda, su xətlərində, bir sözlə, həm iqtisadi, həm də sosial məsələlərin həllində özünü göstərir. Bizim ölkəmiz son illər ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bunu həm biz görürük, həm də bütün dünya etiraf edir. Çox şadam ki, bütün bölgələrdə bu gözəl inkişaf meyilləri davam edir. Biz bunu Masallı rayonunun timsalında da görürük, sosial obyektlər, məktəblər tikilir. Bu gün biz Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun filialını açacağıq. Bununla bərabər, yollar çəkilir, parklar salınır, içməli su xətti çəkilib və Masallı sakinlərini çox narahat edən məsələ öz həllini tapıbdır. Gələcəkdə, əlbəttə ki, bütün bu məsələlər öz həllini daha da böyük həcmdə tapacaqdır. Sosial məsələlərin həlli üçün güclü iqtisadi potensial lazımdır. Bunu da Azərbaycan dövləti yaradır. Həm uğurlu neft strategiyamızın davam etdirilməsi sahəsində, eyni zamanda, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar hesabına, özəl sektorun inkişafı hesabına. Biz bunu Masallı rayonunun timsalında da əyani şəkildə görürük ki, həm yerli iş adamları burada daha fəal işləyirlər, həm də dövlət xətti ilə yatırılan sərmayələr rayonun inkişafına növbəti təkan verəcəkdir. Bakı-Masallı-Astara avtomobil yolunun yeniləşməsi - bu, özlüyündə böyük bir təkanverici amil olacaqdır. Əlbəttə ki, bu, ilk növbədə, insanların rahatlığına xidmət edəcəkdir. Çünki Azərbaycan vətəndaşları yaxşı yollardan istifadə etməlidirlər. Digər tərəfdən, biznes, yerli sahibkarlıq inkişaf edəcək və beləliklə, hər bir bölgə, hər bir rayon özünəməxsus şəkildə, öz daxili potensialına istinad edərək, daha da sürətlə inkişaf edəcəkdir.

Nəzərə alsaq ki, Azərbaycan dövlətinin ildən-ilə artan iqtisadi potensialı artıq insan kapitalına çevrilir, əlbəttə ki, biz gələcəyə də çox nikbinliklə baxa bilərik. Çünki bu vaxta qədər istər iqtisadi, istər sənaye sektorunda, istər sosial sahədə nəzərdə tutulmuş bütün layihələr icra olunubdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında göstərilən bütün məsələlər öz həllini tapıb, özü də 2004-cü ildə nəzərdə tutulandan daha çox məsələ həll olunubdur. Növbəti beş il üçün yeni proqram hazırlanır. Bu proqram çərçivəsində bütün qalan problemlər öz həllini tapacaqdır. Nəinki rayon mərkəzlərinin, həm də bütün kəndlərin problemləri - kənd yolları, infrastruktur layihələri öz həllini tapacaqdır.

Biz beş il ərzində 1500 məktəb tikmişik, amma hələ ki, bu proses davam etməlidir. Hələ o qədər də yaxşı vəziyyətdə olmayan məktəblər var və təhsil işçiləri bunu bilirlər. Əlbəttə, beş il ərzində 1500 məktəbin tikintisi böyük, tarixi nailiyyətdir. Azərbaycanda məktəblərin ümumi sayı 4500-dür. Onun 30 faizini biz yeniləşdirdik. Amma bu proses növbəti illərdə davam etdiriləcəkdir.

İndi bizim iqtisadi imkanlarımız var. Azərbaycanın çox güclü beynəlxalq mövqeləri var. Ölkəmizin hörməti artır, təsiretmə imkanlarımız artır. Biz istənilən meyara görə bu bölgədə, sözün əsl mənasında, aparıcı dövlətik. Azərbaycan həm sosial, həm iqtisadi, həm də siyasi məsələlərin həlli işində müstəqil ölkə kimi uğurla çıxış edir. Əlbəttə, belə möhkəm iqtisadi zəmin əsasında biz insanları narahat edən bütün problemləri həll etməliyik.

Azərbaycanda çox güclü sosial siyasət aparılır: iqtisadi islahatlarla, bazar iqtisadiyyatı prinsiplərinə tam şəkildə keçməyimizlə bərabər, insanların sosial cəhətdən dəstəklənməsi, istər maaşların, pensiyaların artırılması, istərsə də ünvanlı sosial yardımın məbləğinin artırılması. İndi Azərbaycanda 500 minə qədər insan dövlət tərəfindən sosial müavinət alır. Yəni bu, dövlət tərəfindən insanlara birbaşa verilən ianədir. Nəyə görə?! Çünki o insanların buna ehtiyacı var. Çünki o insanlar hələ ki, həyatda özlərini tapa bilmirlər. Hələ ki, yaxşı iş ala bilməyiblər, yüksək maaş ala bilmirlər, onlar çətinlik çəkirlər. Bəzi yerlərdə, yəni sırf bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkələrdə bu məsələlərə məhəl qoyulmur. Amma bizim üçün əsas nədir?! Azərbaycan xalqının yaxşı yaşaması. Bütün islahatlar, aparılan bütün siyasət bu məqsədi güdür. Həm ölkə güclənsin, - güclü ölkə öz vətəndaşlarını istənilən sahədə müdaifə etməyə qadirdir, - həm də insanlar daha da yaxşı yaşasınlar. Bax, sosial məsələlərin həlli bundan ibarətdir. İldən-ilə artırılan maaşlar və pensiyalar - onlar da bu məqsədi güdür. Əgər desəm ki, onların səviyyəsi bizi tam qane edir, elə deyil. Baxmayaraq ki, son illər ərzində bir neçə dəfə artırılıb, hələ ki, minimum əmək haqqı bizi qane edə bilməz. Amma biz bu istiqamətdə böyük addımlar atmışıq və əlbəttə ki, növbəti illərdə də həm orta aylıq əmək haqqı, həm minimum əmək haqqı artırılacaqdır. Bölgənin və keçmiş postsovet məkanının başqa ölkələri ilə müqayisədə Azərbaycan bu baxımdan ən qabaqcıl yerlərdən birini tutur. Amma biz özümüzü inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. Yəqin ki, bilirsiniz, mən dəfələrlə demişəm, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır. “İnkişaf etmiş ölkələr” - bu, elə termindir ki, çox ölkəni əhatə etmir, çox məhdud sayda ölkə özünü belə hesab edə bilər. Amma bizim tam imkanımız var ki, o ölkələrin sıralarında olaq. Çünki çox güclü insan potensialımız var, intellektual potensialımız yüksəkdir.

Siz təhsildən söhbət açdınız, təsadüfi deyil ki, biz təhsil sahəsinə böyük diqqət göstəririk, çünki bu, bizim gələcəyimizdir. Bizim gələcəyimiz təhsillə bağlıdır. Uşaqlarımızın, gənc nəslin savadlı olması ilə bağlıdır. Yox, əgər bu olmasa, istənilən təbii sərvət nə qədər olursa-olsun, bunun heç bir əhəmiyyəti olmayacaqdır.

Digər tərəfdən, ölkəmizin təbii sərvətləri də var. Bu da Allahın hədiyyəsidir və biz bundan çox səmərəli şəkildə istifadə edirik. Bütün enerji məsələlərini həll etmişik. Azərbaycan növbəti onilliklər üçün özünün enerji təhlüksəziliyini təmin edib və başqa ölkələrin təhlükəsizliyinə öz töhfəsini verir.

Digər tərəfdən, düşünülmüş strategiya və siyasət, iqtisadi islahatlar, kənd təsərrüfatının inkişafı - bax, bu məsələlərə daha böyük diqqət göstərməliyik və göstəririk. Ərzaq təhlükəsizliyini təmin edəcəyik ki, Azərbaycan bütün lazım olan istehlak mallarını daxildə istehsal etsin.

Bizim müasirliyə doğru addımlarımız - Azərbaycan müasirləşir, amma digər tərəfdən, biz çox güclü milli ənənələr üzərində gələcəyə baxırıq. Bütün bunlar birlikdə həll olunur və regionlarda gedən bu gözəl dəyişikliklər əlbəttə ki, ölkəmizi gücləndirir. Mən istəyirəm ki, Azərbaycanın hər bir yerində yaxşı yaşamaq üçün ən yaxşı şərait olsun. Bax, Masallı rayonunun timsalında biz bunu görürük, bu irəliləyişi görürük. Növbəti illərdə əlavə vəsait ayrılacaq, proqramlarda əlavə məsələlər nəzərdə tutulacaq ki, rayonun bütün problemləri həll edilsin və həmişəki kimi, Masallı ən gözəl, qabaqcıl rayonlardan biri olsun. Bu işlərdə sizə uğurlar və yeni qələbələr arzulayıram. Sağ olun.

X X X

Dövlətimizin başçısı Böyük Vətən müharibəsi veteranı Atabala Hacıyev ilə görüşdü, ökəmizdə veteranlara çox böyük hörmət bəsləndiyini bildirdi, eyni zamanda, onların gənc nəsil üçün örnək olduğunu vurğuladı.

Veteranlara göstərilən diqqət və qayğıya görə təşəkkür edən Atabala Hacıyev Prezidentə işlərində uğurlar arzuladı.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir