Masallı idmançıları VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında 7 medal qazanıblar
Masallı, 27 may, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalan və Astarada keçirilən VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında Masallının yeniyetmə idmançıları uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 idman növündə 12 ölkədən 4 mindən çox idmançının qatıldığı yarışlarda Masallının yeniyetmə idmançıları da qüvvə və bacarıqlarını sınayıblar.
VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında Masallı idmançıları öz aktivlərinə 3 idman növü üzrə 7 medal yazıblar.
Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Sevda Əzizova (41 kiloqram) taekvondo üzrə gümüş, Əmrah Əmrahov yunan-Roma güləşi üzrə (35 kiloqram) qızıl, Mirşahəddin Əzizov (57 kiloqram) gümüş, Rəvan Həşimzadə (38 kiloqram) bürünc, cüdo üzrə Elmar Abuşov (66 kiloqram) və Cavid Fərəcov (50 kiloqram) gümüş, Kamran Mustafayev (38 kiloqram) isə bürünc medala sahib olublar.