Masallı rayonunda üç avtomobil toqquşub, iki nəfər ölüb
Bakı, 23 aprel, AZƏRTAC
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]