MASALLIDA NÖVBƏTİ TORPAQ MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Masallı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 20-21-də Masallı rayon torpaq və xəritəçəkmə şöbəsində keçirilən növbəti torpaq müsabiqəsinə kənd təsərrüfatı məhsulları istehsalı və sahibkarlıq məqsədi ilə 5 sahə çıxarılmışdır.
Xıl bələdiyyəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə icarəyə verdiyi 3,3 hektar torpaq sahəsi illik 196 manata, sahibkarlıq məqsədi ilə satışa çıxardığı 0,50 hektar torpaq sahəsi isə 220 manata, Şərəfə bələdiyyəsinin sahibkarlıq məqsədi ilə hərraca çıxardığı 100 kvadratmetr torpaq sahəsi 360 manata, Şıxlar bələdiyyəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə icarəyə verdiyi 2 hektar torpaq sahəsi illik 120 manata, Qızılağac bələdiyyəsinin sahibkarlıq məqsədi ilə müsabiqəyə çıxardığı 300 kvadratmetr torpaq sahəsi 29 min 460 manata satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]