Mayda ölkə ərazisində havanın temperaturu bəzi günlərdə 34 dərəcəyə yüksələcək
Bakı, 30 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi ərazilərdə bəzi günlərdə leysan xarakterli yağışların yağması və dolu düşməsi gözlənilir. May ayının birinci ongünlüyündə hava şəraitinin mülayim və nisbətən sabit keçəcəyi ehtimalı var. Cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Hərarətin gecələr 12-17°, gündüzlər 21-26°, bəzi günlərdə 28-32° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 10-15°, gündüzlər 22-27°, bəzi günlərdə 30-34° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-62 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 12-14° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 7-12°, gündüzlər 12-17°, bəzi günlərdə 22-25° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 11-16°, gündüzlər 19-24°, bəzi günlərdə 28-30° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 16-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Hərarətin gecələr 10-15°, gündüzlər 17-22°, bəzi günlərdə 24-28° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 12-17°, gündüzlər 21-26°, bəzi günlərdə 28-31° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 15-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Hərarətin gecələr 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə 26-28° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.