Maykl Essien: Bakıda keçiriləcək final oyununda “Çelsi” komandasını görmək istərdim
Bakı, 4 mart, AZƏRTAC
Mayda yenidən Azərbaycana gələcəyəm. UEFA Avropa Liqasının Bakıdakı final oyununu izləyəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 4-də AFFA-nın hesabat konfransında iştirak edən qanalı veteran futbolçu Maykl Essien deyib.
Ötən gün “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşmanın təşkil olunduğunu vurğulayan futbolçu bu oyunda iştirakından məmnunluğunu ifadə edib. Bakıya UEFA tərəfindən dəvət edildiyini deyən M.Essien bildirib: “İstərdim, Avropa Liqasının finalının təbliğində mənim də payım olsun. Bakıda keçiriləcək final oyununda “Çelsi” komandasını görmək istərdim. Bu mərhələyə vəsiqə uğrunda çox güclü komandalar mübarizə aparır. Həlledici oyunun gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən təxmin etmək olar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]