MDB-NİN İKİNCİ DİNLƏRARASI SÜRHYARATMA FORUMU
Forumdan məqsəd millətlərarası və dinlərarası sülhün möhkəmləndirilməsi, cəmiyyətdə ənənəvi dini dəyərlərin bərqərar edilməsi, qlobal təhlükələrlə - terrorizm və digər bəlalarla birgə mübarizə üçün MDB-nin ənənəvi dini təşkilatlarının fəaliyyətini əlaqələndirməkdir.
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi forumu açaraq bildirdi ki, Birlik ölkələrinin dini konfessiyaları arasında sülh və həmrəylik hökm sürür. Birliyin dini liderləri tərəfindən sülhə və həmrəyliyə çağırışlar bir çox ədavətlərin qarşısını almağa, millətlərarası münaqişələrin dinlərarası münaqişələrə çevrilməsinə yol verməməyə kömək etmişdir. MDB ərazisində müxtəlif millət və dinlərə mənsub insanlar arasında əməkdaşlığın misilsiz təcrübəsi var, bu forumun keçirilməsi isə həmin təcrübəni qoruyub saxlamağa və artırmağa imkan verəcəkdir.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə çıxış edərək, Moskvaya səfəri ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və onun bu forumdan xəbəri olduğunu söylədi. O bildirdi ki, dövlətimizin başçısı demişdir ki, indi xalqlarımızı narahat edən problemləri yalnız birlikdə, təkcə dövlətlərarası dialoq prosesində deyil, həm də millətlərarası və dinlərarası dialoqlar prosesində aradan qaldırmaq olar. Humanizm, xeyirxahlıq və ədalətlilik amalları bütün dünya dinlərinə xasdır və bu, xalqlar, ölkələr arasında sülhə və həmrəyliyə nail olmaq məqsədi ilə konfessiyalararası konstruktiv ünsiyyətə çox böyük əhəmiyyət verir.
Qafqaz müsəlmanlarının lideri çıxışında həmçinin dedi ki, belə bir forumun keçirilməsi və MDB Dinlərarası Şurasının yaradılması ideyası üç il əvvəl Azərbaycanda, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi Bakıda səfərdə olarkən meydana gəlmişdir. Şeyxin sözlərinə görə, MDB Dinlərarası Şurası hadisələri mənəvi paklıq baxımından dərk edərək, onlara müsbət təsir göstərə bilər. O, terrorizm məsələsinə də toxunaraq vurğuladı ki, din xadimləri şər qüvvələrinin mənən zərərsizləşdirilməsi və ifşa olunması, ülvi mənəvi dəyərlərin insanların şüurunda dərin kök salması, xalqlara müsibət və kədər gətirən halların hamısının qarşısının alınması üçün mümkün olan bütün işləri görməlidirlər.
Şeyxülislam forumun iştirakçıları adından Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirərək vurğuladı ki, onun dini potensial barədə fikri din xadimlərinin öz qarşılarına qoyduqları məqsəd və vəzifələrə tam uyğun gəlir. Şeyx dedi: “Prezident Vladimir Putinin simasında Rusiya xalqın və dövlətin mənafelərini hər şeydən uca tutan məsuliyyətli və müdrik liderə malikdir. Biz məmnunuq ki, Rusiya Prezidenti özünün bütün həmvətənlərinin dinlərinə, bütün rusiyalıların hüquq və azadlıqlarına eyni cür hörmətcil münasibət göstərir”.
Hacı Allahşükür Paşazadə MDB din xadimlərinin növbəti görüşünü Bakıda keçirmək təşəbbüsünü irəli sürdü.
Sonra ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda deyilir: “Forumunuzun məqsədlərini yüksək qiymətləndirərək, sizin hamınıza xoşbəxtlik, cansağlığı, firavanlıq və ölkələrimizdə sülhə və həmrəyliyə nail olmaq sahəsində nəcib missiyanın həyata keçirilməsində yeni-yeni uğurlar arzulayıram. Ümidvaram ki, forum xalqlar, mədəniyyətlər və dinlər arasında konstruktiv dialoqun daha da inkişaf etməsinə imkan daxilində öz töhfəsini verəcəkdir. Bütün dünya dinlərinin ənənəvi olaraq təmsil edildiyi Azərbaycan Respublikasında uzun əsrlər ərzində mənəvi prioritetlərin nadir bir sistemi – dini, milli, ümumbəşəri dəyərlərin ahəngdar uyğunluğu ilə səciyyələnən sistem formalaşmışdır. Əminəm ki, müasir dövrün bir çox taleyüklü problemlərinin dinlərarası dialoq prizmasından nəzərdən keçirilməsi təcavüzkar separatizm kimi təhlükəli halların qarşısının alınmasına, terrorizm və separatizmin görkəmli din xadimləri tərəfindən pislənməsinə kömək edəcəkdir. Şübhəsiz ki, bu, Müstəqil Dövlətlər Birliyi ölkələrində hələ də mövcud olan gərginlik ocaqlarının ləğv edilməsinə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli kimi mürəkkəb prosesə təkan verəcəkdir”.
Dinlərarası Forumda Rusiya xarici işlər nazirinin vəzifəsini yerinə yetirən İqor İvanov da çıxış etdi. O dedi ki, Rusiya terrorizmin islamla eyniləşdirilməsini qəti şəkildə rədd edir, belə eyniləşdirmə dinlərarası ədavətin qızışdırılmasına yönəldilmiş təhlükəli meyldir.
Sonra RF Prezidenti Vladimir Putinin təbrik məktubu oxundu. Məktubda deyilir ki, Rusiya MDB ölkələrinin dini liderlərinin dialoqunu alqışlayır.
Martın 3-də forum işini davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [20:54]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [20:52]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [20:37]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [20:27]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [20:22]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [20:00]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [19:34]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [19:13]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:53]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:51]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:45]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:43]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [18:30]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [18:13]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [18:04]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [18:01]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:57]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:48]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:43]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:35]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:33]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:28]
“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib
- 29.09.2026 [17:20]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [17:09]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [17:08]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [17:05]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [17:03]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:51]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:41]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [16:40]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:37]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:34]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]