MDB-NİN YENİ QURUMUNUN FƏALİYYƏTİNDƏ AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN MÜSBƏT TƏCRÜBƏSİ DƏ NƏZƏRƏ ALINACAQ
Yeni təsisat MDB ölkələrində seçkilər keçirilərkən Birlik parlamentlərinin vahid nöqteyi-nəzərini təqdim edəcəkdir. Assambleya onun əməkdaşlarını MDB ölkələrində seçkilərə parlamentlərdən müşahidəçi qismində ezamiyyətə göndərəcəkdir.
İnstitutun iş formatı Assambleya Şurasının fevralın 10-da Kiyevdə keçiriləcək iclasında qəti şəkildə təsdiq olunacaqdır.
Rusiya Federal Məclisi Federasiya Şurasının üzvü, layihəni təqdim edən Aleksandr Dzasoxov bu qurumu yaratmaq ideyasını ATƏT-in seçkilərin monitorinqi üzrə bürosu ilə müqayisə etmişdir. O demişdir ki, institutun fəaliyyətində təkcə Avropa İttifaqı dövlətlərində və ABŞ-da seçkilərin keçirilməsi təcrübəsi deyil, həm də MDB ölkələrinin özlərində, xüsusən, 2005-ci ildə Azərbaycanda parlament və Qazaxıstanda prezident seçkilərinin müsbət təcrübəsi nəzərə alınacaqdır.