MƏDƏNİ İRSİN QORUNMASINA HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Gənclər, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransı nazirin müavini İntiqam Babayev açaraq milli mədəni irsimizin qorunmasında və təbliğində belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Ərtəgin Salamzadə “Mədəniyyət və turizm”, Nizami adına Ədəbiyyat institutunun direktor müavini Məhərrəm Qasımlı “Milli mənəvi dəyərlər sistemində Dədə Qorqud obrazının tarixi statusu”, Abasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi əməkdaşı İ.Əmirov “Heydər Əliyev və Azərbaycan-Yaponiya mədəni əlaqələri” mövzularında məruzələr etmişlər.
Konfransda müxtəlif mövzularda 40-a yaxın məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]