Media: Avropa fikir ayrılıqları səbəbindən Kiyevə yardımla bağlı razılığa gələ bilmir

Bakı, 17 aprel, AZƏRTAC
Avropa ölkələri maliyyə və silah istehsalı ilə bağlı fikir ayrılıqları səbəbindən Ukraynaya əlavə yardımın ayrılması ilə bağlı razılığa gələ bilmirlər.
AZƏRTAC xəbər verir ki, Fransanın “Le Monde” qəzeti bu barədə Avropanın hərbi və diplomatik dairələrindəki mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Kiyevin avropalı müttəfiqləri ilk növbədə Rusiya ilə ABŞ arasında sülh danışıqlarında iştirak etmədikləri üçün çıxılmaz vəziyyətdədirlər. Müzakirələr Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxılması ilə bağlı olsa da, Avropa ölkələrinə müzakirələrin gedişi barədə məlumat verilməyib.
Brüssel üçün daha bir maneə atəşkəsdən sonra Ukraynaya mümkün qoşun göndərilməsi məsələsidir. Fransa regionda quru qoşunlarının yerləşdirilməsinin tərəfdarı olduğu halda, Böyük Britaniya Ukraynanın hava və dəniz məkanının qorunmasına çalışır. London və “İstəklilər koalisiyası”nın bəzi üzvləri Ukraynaya quru qoşunları göndərməkdən ehtiyatlanaraq, Rusiya ilə sərhəddə uçuşa qadağa zonasının yaradılmasını istəyirlər.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Ukraynaya qoşun göndərilməsi ilə bağlı fikir ayrılığı münaqişə bitdikdən sonra Kiyevin hərbiləşdirilməsi ilə bağlı müzakirələrin yalnız görünən hissəsidir. Avropa Komissiyasının yenidən silahlanma planına əsasən, fonda toplanan vəsait və silahların bir hissəsi Kiyevə veriləcək. Avropa ölkələri isə hələ də planın maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı razılığa gələ bilmir.
Mart ayında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropanın yenidən silahlandırılması üçün 800 milyard avroluq plan təklif edib. Həmin vəsaitin bir hissəsi Ukrayna üçün silah istehsalına yönəldilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [22:45]
Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub
- 17.05.2025 [20:45]
Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb
- 17.05.2025 [20:09]
Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib
- 17.05.2025 [19:50]
Rubio ilə Lavrov arasında telefon danışığı olub
- 17.05.2025 [19:39]
Tramp bazar ertəsi Putinlə danışacaq
- 17.05.2025 [19:02]
ABŞ-da qasırğa 23 nəfərin ölümünə səbəb olub
- 17.05.2025 [16:04]