Media: Brüssel qanunsuz miqrasiyaya qarşı mübarizəni sərtləşdirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri oktyabrın 14-də Lüksemburqda keçiriləcək görüşdə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Lakin üzv ölkələr arasında dərin fikir ayrılıqları bu sahədə yekdil qərarın qəbul olunmasına mane ola bilər.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Avropa İttifaqının deportasiya ilə bağlı qəbul etdiyi direktivdə ölkələrdən hər hansı birinin qərarının digər üzv ölkələr tərəfindən məcburi şəkildə tanınması məsələsi mübahisə doğurur. Bu səbəbdən Lüksemburq görüşündə nazirlərin ortaq mövqeyə gələcəkləri gözlənilmir.
Mübahisəli məqamlardan biri də “məcburi həmrəylik” adlandırılan miqrasiya strategiyasıdır. Bu mexanizm miqrasiya təzyiqi ilə qarşılaşan ölkələrin yükünün bölüşdürülməsi məqsədilə sığınacaq axtaran şəxslərin digər üzv ölkələrə yerləşdirilməsini nəzərdə tutur. Lakin bəzi ölkələr əlavə miqrant qəbul etməyə hazır deyillər. Polşa isə qəti şəkildə bu mexanizmə qarşı çıxır.
Avropa Komissiyasının məlumatına görə, Aİ-də sığınacaq verilməyən şəxslərin yalnız 20 faizi öz ölkələrinə geri göndərilir. Bəzi üzv dövlətlər bir-birinin deportasiya qərarlarını tanımır və bu da həmin şəxslərin sığınacaq üçün digər Aİ ölkələrinə müraciət etməsinə şərait yaradır. Avropa Komissiyası bu vəziyyəti nəzərə alaraq miqrantların öz ölkələrinə və ya ittifaq xaricində yaradılmış xüsusi mərkəzlərə göndərilməsini sadələşdirən yeni strategiya təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [11:01]
Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var
- 09.08.2026 [09:38]
Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib
- 09.08.2026 [07:15]
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
- 09.08.2026 [05:23]
Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər
- 09.08.2026 [04:33]
Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:52]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [11:33]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
- 08.08.2026 [11:11]
Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
- 08.08.2026 [10:01]
Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır
- 08.08.2026 [09:28]