Media: İran hava zərbələrindən öncə “Fordo” nüvə obyektindəki avadanlıqları çıxarıb
Bakı, 23 iyun, AZƏRTAC
İran ABŞ-ın hava zərbələrindən bir neçə gün öncə “Fordo” nüvə obyektindən avadanlıqları və uranı çıxarıb.
AZƏRTAC xəbər verir ki, “New York Times” qəzeti bu barədə İsrailin iki rəsmisinə istinadla məlumat yayıb.
“İranın son günlər nüvə obyektindən avadanlıqları və 60 faizədək zənginləşdirilmiş 400 kiloqram uranı çıxardığına dair sübutlar var”, - deyə nəşrin həmsöhbətləri bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Qrossinin sözlərinə görə, hazırda heç kim ABŞ-ın hücumundan sonra “Fordo” obyektinə dəyən zərərin həcmini qiymətləndirə bilmir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İranın “Natanz”, “Fordo” və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. Vaşinqtonun iddiasına görə, hücum İranın nüvə proqramını məhv etmək və ya ciddi şəkildə zəiflətmək məqsədi daşıyıb.
ABŞ Prezidenti Donald Tramp isə Tehranın “bu müharibəyə son qoymağa” razılıq verməli olduğunu, əks halda İranın daha ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Cey Di Vens hücumlardan sonra Birləşmiş Ştatların İranla müharibə etmədiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]