Media: Tramp dövründə ABŞ-ın beynəlxalq imici pisləşib
Bakı, 2 iyun, AZƏRTAC
Donald Tramp Ağ evə qayıtdıqdan və idxal tarifləri tətbiq etdikdən sonra dünyanın aparıcı ölkələrinin sakinləri arasında ABŞ-a münasibət pisləşib.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə “Morning Consult” analitika şirkətinin araşdırmasına istinadla məlumat yayıb. Məlumata görə, hazırda Çinə müsbət münasibət bəsləyən insanların sayı son beş ildə ən yüksək səviyyəyə çatıb.
Braziliya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya da daxil olmaqla, dünyanın 41 ölkəsində hər gün təxminən 5 min nəfər arasında keçirilən sorğu göstərib ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-a münasibət yaxşılaşsa da, inaqurasiya mərasimindən sonra reytinqlərdə ardıcıl və sürətli eniş müşahidə olunub.
Ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatlara münasibətin pisləşməsi ABŞ şirkətləri üçün ticarət və investisiya imkanlarını azalda bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]