Media: Zelenskinin ABŞ-yə müraciətindən sonra avropalılar Cenevrəyə dəvət olunublar
Bakı, 18 fevral, AZƏRTAC
Prezident Volodimir Zelenskinin Vaşinqtona müraciətindən sonra Avropanın bir neçə ölkəsinin nümayəndə heyəti ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqların keçirildiyi Cenevrəyə dəvət olunublar.
AZƏRTAC xəbər verir ki, “El Mundo” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropanın bəzi ölkələrinin, o cümlədən İtaliya, Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndə heyətləri Cenevrəyə gəlsələr də, üçtərəfli danışıqlarda iştirak etməyiblər. Lakin ABŞ və Ukrayna danışıqların gedişatı barədə onları məlumatlandıracaq. Həmçinin Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Qeyd edək ki, fevralın 17-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında Ukrayna-Rusiya müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar başlayıb. Danışıqlar bu gün də davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]