ELM VƏ TƏHSİL
Mediasiya Şurasının əməkdaşlarının BDU tələbələri ilə görüşü
![](/files/galleryphoto/2023/3/1200x630/1698306458267709789_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983064583415725640_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983064583210538847_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Mediasiya Şurasının əməkdaşlarının Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və BDU arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Gülnar Həsənova və Rəşadət Yolçuyev mediasiyanın rolu və faydaları barədə məlumat verib, tələbələrlə müxtəlif kazuslar müzakirə edib, onların suallarını cavablandırıblar.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim olunub.