Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məhəbbət əfsanəsi” və ya əfsanələşmiş ömür

Bu gün görkəmli bəstəkar Arif Məlikovun 85 yaşı tamam olur

Bakı, 13 sentyabr, AZƏRTAC

Arif Məlikov yaradıcılığı ilə Azərbaycan və xarici musiqiçilərin, istər professional, istərsə də geniş musiqisevər kütlənin hər zaman diqqət mərkəzində olan parlaq bəstəkarlardandır. Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti 1961-ci ildən bu günə qədər dünyanın demək olar ki, bütün tanınmış teatr səhnələrində tamaşaya qoyulub. Təkcə bu fakt Arif Məlikovun dünya səviyyəsində təkrarolunmaz bir sənətkar olduğunu sübut edir.

Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun 85 yaşı tamam olur. Bu münasibətlə bəstəkarın yaradıcılığının tədqiqatçısı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın AZƏRTAC-a təqdim etdiyi yazını oxucuların diqqətinə çatdırırıq.

“Humayun” ladı mənim sonrakı yaradıcılığımda da xüsusi yer tutub

Arif Məlikov Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim, həm də siyasi xadim kimi ölkəsinə və xalqına xidmət göstərib. Çoxşaxəli yaradıcılığında müxtəlif janrlara məxsus əsərlərin müəllifi olan bəstəkar özünü bu janrların hər birində tam sərbəst hiss edir. Balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operetta - bir sözlə, bütün bu janrlarda Arif Məlikov olduqca orijinal və özünəməxsus şəkildə çıxış edir və öz fərdi yaradıcı “mən”ini parlaq surətdə nümayiş etdirir. Ən əsası isə həm böyük, həm də kiçik formalı bütün bu əsərlərdə dərin milli başlanğıc duyulur, yəni, şifahi ənənəli Azərbaycan musiqisinin klassik qanunauyğunluqları ilə müasir bəstəkar yazı tərzinin üzvi əlaqəsi hiss olunur.

Arif Məlikov keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda, bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsəmiş və bütün bunların hamısı onun individual yaradıcılıq üslubuna emal edilmişdir. Bəstəkar şifahi ənənəli Azərbaycan musiqisinin klassik ənənələrinə, əsasən muğam sənətinə əsaslanır və bu zəngin mənbəni öz yaradıcılığında qoruyur. Təsadüfi deyil ki, XX əsrin görkəmli bəstəkarı Dmitri Şostakoviç Arif Məlikova belə dəyər vermişdi: “Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir...”

Аrif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, musiqi ilə məşğul olmağa çox gec başlayıb. Belə ki, 14 yaşında ikən o, heç bir not tanımırdı, lakin uşaqlıqdan ədəbiyyata və musiqiyə maraq göstərirdi. Onun atası Cahangir Məlikov hərbçi idi, musiqini, xüsusən, Üzeyir Hacıbəylinin yaradıcılığını çox sevirdi. Bəstəkarın anası Püstə xanım təcrübəli ədəbiyyat müəllimi idi, eyni zamanda, professional olmasa da, kamançada çox gözəl ifa edirdi. Musiqiyə, ədəbiyyata məhəbbət məhz elə anasından ona miras qalmışdı. Balaca Arif valideynləri ilə birgə tez-tez opera teatrına gedərdi və demək olar ki, bütün muğam operalarını izləmişdi. O illəri xatırlayarkən bəstəkar deyir: “Uşaqlıqdan bizim evimizdə musiqiçilər yığışardı və ifa edərdilər. Bir gün ailə dostumuz mənə bir tar bağışladı. Tez bir zamanda tarda çalmağı öyrəndim və Asəf Zeynallı adına musiqi texnikumunun tar sinfinə daxil oldum. Orada Əhməd Bakıxanovdan, Mansur Mansurovdan və Adil Gəraydan dərs aldım. Bu illər ərzində muğamları, xalq musiqisini dərindən öyrənirdim və “Humayun” muğamı ilə texnikumu bitirdim. Bu muğam çox kədərli və qəlbə toxunandı və ona sevgim uşaqlıqdan olub. “Humayun” ladı mənim sonrakı yaradıcılığımda da xüsusi yer tutub”.

Qara Qarayevin tələbəsi olmağımdan qürur duyuram

Arif Məlikov artıq bəstəkarlığa meyil göstərir və bu həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Burada görkəmli bəstəkar Qara Qarayevin sinfində dərs alan A.Məlikov o illəri belə xatırlayır: “Qarayevin sinfində məşğələ keçmək çox maraqlı idi. Hər bir tələbənin fərdi yaradıcı xüsusiyyətlərini dərindən duymaq, gənc musiqiçinin çalışmalarını düzgün istiqamətləndirmək, “istedad axını”nı həqiqi məcraya yönəltmək qabiliyyəti onun pedaqoji istedadının xüsusiyyətlərindən idi... Qarayevin sinfində keçirdiyim saatlar indi də xatirimdədir. Dərsin son dəqiqəsinə kimi mən gərginlik içində olurdum, bu bənzərsiz müəllimin dediklərindən heç bir şeyi ötürməməyə çalışırdım. Sözlərinin mənə və ya başqasına ünvanlanması əhəmiyyətli deyildi... Mən həmişə Qara Qarayevin tələbəsi olduğumu qürurla deyirəm, bu isə məni məsuliyyət daşımağa vadar edir”.

Təbii ki, Arif Məlikovun yaradıcılığının formalaşmasında Qara Qarayevin böyük rolu olub. A.Məlikov müəlliminin ənənələrini mənimsəyərək, öz fərdi, təkrarolunmaz üslubunu yarada bilmişdir.

Qeyd edək ki, məhz Qara Qarayevin məsləhəti ilə Arif Məlikov öz ilk baletinin librettosuna müraciət edir və sonradan bu balet demək olar ki, bütün dünyanı fəth edir. Qara Qarayev yazırdı: “Hər dəfə Bakıdan uzaqlarda doğma Azərbaycan musiqisini eşidəndə ürəyim fərəh və qürurla dolur. “Məhəbbət əfsanəsi”nin yaranması musiqi həyatımızda əlamətdar hadisə, incəsənətimizin bayramıdır. İstərdim ki, bizim bəstəkarlar müasir dövrlə səsləşən əsərləri ilə Azərbaycan torpağını daha da şöhrətləndirsinlər”.

Arif Məlikov Üzeyir Hacıbəylinin bədii və estetik prinsiplərini də dərindən mənimsəmişdi. Onun haqqında məhəbbət dolu hisslərlə danışır: “Hacıbəyov musiqisi... Hansı Azərbaycanlı onun valehedici musiqisini beşikdən qulaq asmayıb və sevməyib! Bizdə bu musiqiyə məhəbbət gündən-günə artır. Mənim ailəmdə onu hamı oxuyurdu”.

Beləliklə, Üzeyir Hacıbəyli mənbəsi, Azərbaycan xalq musiqisinin inciləri, Qara Qarayev məktəbi, eyni zamanda, müasir musiqinin təsiri (bura Dmitri Şostakoviç və Sergey Prokofyevin yaradıcılığını da vurğulamaq lazımdır) - bütün bu amillər A.Məlikovun üslubunun formalaşmasında mühüm rol oynadı.

Belə bir görkəmli ifaçı yoluma çıxmasaydı, musiqiyə münasibətim bir başqa olardı

Bəstəkarın tələbəlik illəri görkəmli dirijor Niyazinin aktiv yaradıcılığı ilə eyni vaxta təsadüf edir və görkəmli dirijor ilə dostluğu bəstəkarın sənətində mühüm iz buraxır. Niyazi haqqında A.Məlikov fərəhlə danışır: “O vaxtlar filarmoniyada tez-tez musiqi səslənərdi. Repertuara həm Azərbaycan, həm rus, həm də xarici musiqi daxil idi. Bu konsertlər sənətin bayramına çevrilmişdi. Burada aparıcı bəstəkar və musiqiçilərlə yanaşı, biz tələbələrə də gözəl musiqini və onun haqqında maraqlı fikir və düşüncələri izləmək nəsib olurdu. Hiss olunurdu ki, bütün bu musiqi bayramlarının nəbzi Niyazidir. Hər bir insan bu tədbirlərdə mənən zənginləşirdi. Mənə sual verəndə ki, Niyazi ilə nə zaman tanış oldunuz, deyirəm - uşaqlıqdan”. 

Bir sıra kamera musiqisi - prelüdlər, pyeslər, skertso, trio tələbəlik illərinin məhsuludur. Lakin III kursda bəstəkar balet süitası yazır və bu süita ilə Niyaziyə yaxınlaşır. Bəlkə də bu görüş bəstəkarın sonrakı istiqamətini həll edəcəkdir. Bunu Niyazinin münasibəti göstərdi. Onların ilk görüşü haqqında A.Məlikov belə danışır: “Bir gün mən balet süitası ilə Niyazinin yanına gəldim. O, mənə baxıb dedi: “Sən kimsən?, dedim ki, III kurs tələbəsiyəm. O isə qətiyyətlə cavab verdi: “Mən tələbə əsəri ifa etmirəm”. Mən dönüb getmək istəyəndə, Niyazi dedi: “Əlindəki nədir?”, dedim: “Partitura”. O, partituranı götürdü və 40 dəqiqə əsəri vərəqləyərək notlara baxdı. Nəhayət, cavab verdi: “Mən bu süitanı ifa edəcəyəm, lakin orkestr səslərini kim köçürəcək?”. Mən sevinərək dedim: “Maestro, siz ifa edəcəksinizsə, mən özüm səsləri köçürərəm”. Beləliklə, balet süitasının bütün orkestr səslərini özüm yazdım və onlar indi də filarmoniyanın kitabxanasındadır. Bu süita ilə mənim orkestrə məhəbbətim başladı”.

Həqiqətən, A.Məlikovun yaradıcılıq bioqrafiyasında Niyazinin müstəsna rolu olub. “Belə bir görkəmli ifaçı yoluma çıxmasaydı, - deyir Arif müəllim, - bəlkə də mənim musiqiyə münasibətim bir başqa olardı”. Niyazi gənc bəstəkarın istedadını, məqsədyönlülüyünü və çalışqanlığını görürdü və bəlkə də buna görə onun bir çox əsərlərinin ilk ifaçısı olurdu. Bəstəkar isə öz növbəsində onu “mənəvi atam”, “mənim ikinci müəllimim” deyə adlandırırdı. Xatırladaq ki, Mariin teatrında ilk baletinin premyerasında Arif Məlikov Niyazinin dirijorluq etməsini istəmişdi. Şostakoviçin bu fikri heç təsadüfi deyil: “Musiqinin təfsirində və tamaşanın quruluşunda dirijor Niyazinin görkəmli rolunu həmən qeyd etmək lazımdır”.

Arif Məlikovun dirijorluq sənətinə olan məhəbbəti də Niyazi ilə ünsiyyətdə olarkən artırdı. Bəstəkar deyir: “Mən həmişə təəssüflənirdim ki, Azərbaycan Konservatoriyasında dirijorluq sinfi yoxdur. Bir dəfə Niyazi elan etdi ki, dirijorluq sinfi açmaq istəyir. Birinci olaraq mən xahiş etdim ki, məni sinfinə yazdırsın. Təəssüf ki, Niyazi istədiyini həyata keçirə bilmədi... Dirijorluğa olan məhəbbətim məni konsertlər zamanı bu sənəti vizual olaraq diqqətlə izləməyə və öyrənməyə sövq etdi. Niyazinin çoxsaylı məşqləri, bədii təəssüratdan əlavə, mənim şüurumda musiqinin dirijorluq tərəfindən praktiki təcəssümü kimi həkk olunmuşdur”.

Bəstəkarın bu istedadı ilk dəfə 1962-ci ildə Bakıda “Məhəbbət əfsanəsi” baletinin tamaşasında açıqlanmışdır. Sonradan A.Məlikov dəfələrlə Bakıda və Moskvada, Avropanın müxtəlif şəhərlərində özünün müəllif konsertlərində dirijorluq etmişdir, hətta birinci dirijorluq kateqoriyasına layiq görülmüşdür.

Bəstəkara dünya şöhrəti qazandıran - “Məhəbbət əfsanəsi”

Konservatoriyanı bitirdikdən sonra Arif Məlikov irihəcmli səhnə əsəri yazmaq qərarına gəlir və A.Zöhrabbəyovun “Odlar ölkəsi” kitabı əsasında baletə başlamaq istəyərkən, müəllimi Q.Qarayevin tələbəsinə təqdim etdiyi kiçik libretto bütün planları dəyişir...

Nazim Hikmətin pyesi əsasında yazılan libretto bəstəkarın marağına səbəb olur və o, əsərin əsl mənbəsinə müraciət edir. Beləliklə, Arif Məlikovun yaradıcılığında ilk irihəcmli əsər üzərində iş başlayır. Baletin üzərində bəstəkar iki il işləyir və 1961-ci il martın 23-də “Məhəbbət əfsanəsi” baletinin Sankt-Peterburq səhnəsində möhtəşəm premyerası baş tutur. Bu balet Arif Məlikova dünya şöhrəti qazandırıb və dünyanın bütün böyük səhnələrində tamaşaya qoyularaq, bu günə qədər aktuallığını itirmir. A.Dmitriyev söyləyirdi: “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşası teatr həyatımızda ən möhtəşəm və fərəhli hadisədir”. Böyük teatrın baş baletmeysteri Y.Qriqoroviç balet haqqında deyirdi: “Arif Məlikovun baletinin bizim səhnədə tamaşaya qoyulması - sevindirici hadisədir. Əsərin olduqca ifadəli musiqi dili var”.

Nazim Hikmət baletin premyerasından sonra söyləyirdi: “Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini yazmaq istədiyini deyəndə bu, mənim üçün çox sevincli gün idi. Bu gün gördüklərim isə əbəs yerə sevinmədiyimi təsdiq etdi. Mən bir daha əmin oldum ki, bəzilərinin istəyinə rəğmən, balet muzey sənəti deyil, müasir sənətdir... Mən çox həyəcanlanırdım ki, görəsən, Şərq səhnədə necə təcəssüm olunacaq. Gördüklərimdə heç bir təqlid, heç bir üslublaşdırma yox idi”. D.Şostakoviç isə: “Yeni balet sovet xoreoqrafiyasında böyük hadisədir... Bu tamaşa bir mərhələdir”, - demişdir.

İlk akkordlardan əsər tamaşaçının diqqətini cəlb edir, onu gərginlikdə saxlayır. İlk akkordlarından danışarkən, bir qədər açıqlama vermək istərdim. Beləliklə, beş sənətkar - Nazim Hikmət (yazıçı, süjetin müəllifi), Arif Məlikov (bəstəkar), Yuri Qriqoroviç (xoreoqraf), Simon Virsaladze (rəssam) və Niyazi (dirijor) - baletin uğur qazanmasında mühüm rol oynamışdır. Bunu nəzərə alan bəstəkar belə bir jest etmiş - baletin ilk beş akkordunu bu “beşliyə” həsr etmişdir. Belə ki, uvertürasından əvvəl səslənən beş akkord baletin quruluşçu qrupunun yaradıcılıq birliyini göstərir.

Baletin görkəmli ifaçıları sırasında Maya Plisetskaya, Leyla Vəkilova, Raisa İzmaylova, Dönməz Hacıyev, Maqsud Məmmədov, Rəfiqə Axundova, Svetlana Adırxayeva, Nataliya Bessmertnova, Marina Kondratyeva, İrina Kolpakova, İrma Nioradze, Maris Liepa, Vladimir Tixonov, Mixail Lavrovski, Vyaçeslav Qordeyev və digərlərinin adını çəkmək olar. Bu da bu baletin uğurundan xəbər verir.

Qeyd edək ki, baletin ifası üçün Braziliyada suyun üzərində xüsusi səhnə belə qurulub.

Nazim Hikmət baletin onun vətənində səslənməsini çox arzulayırdı. Nəhayət, İstanbulda premyerası keçirildi. Amma çox təəssüf ki, türk yazıçısı bunu görə bilmədi. Lakin Arif Məlikov, öz övladlıq borcunu yerinə yetirərək şairin gəzişdiyi Qalat körpüsünə gəlir və onun xatirəsini yad edərək Mərmərə dənizinin sularına qızıl güllər atır...

Milliliklə müasirliyi ustalıqla sintez edildiyi simfoniyalar

İlk baletindən sonra A.Məlikov bu janrdan bir qədər uzaqlaşır. Özünü simfonik musiqidə ifadə edir. İkinci “Bu torpaqda iki nəfər” bir aktlı baletindən bəstəkar belə danışır: “Sankt-Peterburq səhnəsində “Məhəbbət əfsanəsi”ndən sonra ikinci baletim də tamaşaya qoyuldu. Librettonu Robert Rojdestvenski yazmışdı. Çalışmışdıq ki, ilk planda bu fikir irəliyə çəkilsin ki, böyük məhəbbət həmişəyaşardır, əbədidir, heç bir müharibə, heç bir dağıntı bu hissə qalib gələ bilməz. “Bu torpaqda iki nəfər” tamaşasının quruluşçu baletmeysteri Dağıstan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, gənc, lakin təcrübəli və istedadlı xoreoqraf, balet sənətinin bilicisi Oleq Vinoqradov, quruluşçu rəssamı A.Dmitriyevadır”. Balet 1969-cu ildə Mariin teatrında səhnəyə qoyulub.

Bəstəkarın “İki qəlbin dastanı” baletinin premyerası 1983-cü ildə Daşkənd və Kuybışev (Samara) səhnələrində olub. Baletin yaranması haqqında bəstəkar deyir: “Əvvəlcə söz olmuşdur. Xalq iki ürəyin məhəbbət tarixçəsi haqqında əfsanə yaratmışdır. On yeddinci əsrdə Hindistanda yaşamış özbək şairi və mütəfəkkiri Mirzə Əbdülqadir Bedil bu rəvayət əsasında hind rəqqasəsi Komde və Orta Asiyadan olan cavan musiqiçi Modanın məhəbbətindən bəhs edən poema yaratmışdır. Bedilin poemasından ilhamlanan təkcə tanınmış dövlət xadimi deyil, həm də şair və nasir olan Şərəf Rəşidov özünün “İki qəlbin dastanı” poemasını yazmışdır. Zaman baryerini aşan bu qədim əfsanə iyirminci əsr adamının dünya duyumu prizmasından keçərək yeni ovqatla səsləndi”.

Qeyd edildiyi kimi, Birinci simfoniya bəstəkarın diplom işi olub. İkinci simfoniya dramaturji təzadlarına əsaslanan altı hissəli monumental əsərdir.

Ümumiyyətlə, A.Məlikovun simfoniyaları avtobioqrafik səciyyəlidir. Burada əsas qəhrəman da elə bəstəkar özüdür. Obraz dünyası isə mürəkkəb və çoxşaxəlidir. Burada o, milliliklə müasirliyi ustalıqla sintezləşdirə bilib.

Üçüncü simfoniyanın yaranma tarixi “Svyata Sofiya” Yuqoslaviya kamera orkestri ilə bağlıdır. Yuqoslaviyaya səfər edərkən orkestrin dirijoru Tom Proşevin xahişi ilə bəstəkar orkestr üçün pyes yazır. Bu həmkarlıq çox uğurlu olduğundan pyesin ardından Məlikov 15 nəfər ansambl üzvlərinin hər birinin yüksək ifaçılıq ustalığını nəzərə alaraq yeni simfoniya yaradır.

Dördüncü simfoniyada A.Məlikov muğam inkişaf prinsipinə əsaslanır. Birhissəli simfoniyada çoxhissəli quruluş ustalıqla nümayiş olunur. Beşinci simfoniya ifa olunmayıb. Dördüncü simfoniya ilə altıncı arasında sıx bağlılıq var. Altıncı simfoniya “Təzadlar” - iki hissəlidir və bu hissələr həyatdakı ziddiyyətləri özündə ehtiva edir. Əsas məqsəd - real həyatın gərginliyini, xeyir və şər qüvvələrini əks etdirməkdir.

“Yeddinci simfoniya” üçün Türkiyədə inşa edilən konsert salonu

Yeddinci simfoniyanın yaranma tarixi çox maraqlıdır. Arif Məlikov uzun illər türk həkimi, maarifçi və mesenat İhsan Doğramacı ilə dostluq münasibətlərində olub. 1994-cü ildə İ.Doğramacı bəstəkara simfoniya yazmağı təklif edir. Onun razılığını aldıqdan sonra bildirir ki, Türkiyənin Bilkənd Universiteti ərazisində simfoniyanın şərəfinə konsert salonu inşa olunacaq. On bir ay ərzində bu konsert salonu tikilir. Yeddinci simfoniya məhz burada müvəffəqiyyətlə səslənir. Simfoniya ilə birgə A.Məlikov İ.Doğramacıya bir sənət əsəri - “Badam ağacının budağı” adlı rəsmini də təqdim edir. Dünya musiqi tarixində belə bir hadisə ilk dəfə Almaniyada olub: Kral Kayzer tanınmış bəstəkar Rixard Vaqnerin şərəfinə opera teatrı tikdirib.

“Əbədiyyat” simfoniyası

Səkkizinci simfoniyanın tarixi daha fərqlidir. Məlumdur ki, Arif Məlikovu bir sənətkar və insan kimi ulu öndər Heydər Əliyev yüksək dəyərləndirirdi. Onları dərin hörmət və dostluq birləşdirirdi. Bir gün Ümummilli Lider bəstəkara onunla Məkkə ziyarətinə getməyi təklif edir. Müqəddəs Həcc ziyarəti maraqlı və yaddaqalan olur. Möhtəşəm məkanları gəzib, dualar etdikdən sonra Ulu Öndər Arif Məlikova bu məkanlardan ruhən zənginləşib, ilhamlanaraq böyük və gözəl bir simfonik əsər yazmasını təklif edir. Beləliklə, Səkkizinci “Əbədiyyat” simfoniyası yaranır. 

Simfonik əsərlər siyahısına bir maraqlı əsər də daxildir: simfonik poema “Metamorfozlar”. Əsər həyatdakı dəyişiklikləri əks etdirir və bu prinsip əsərin dramaturji inkişafında göstərilir. “Metamorfozlar” müəllifin yaradıcılıq təkamülündə müəyyən etapdır.

Digər maraqlı əsər Arif Məlikovun son illərdə yazdığı və qızı Şirin xanıma həsr etdiyi Fortepiano və simfonik orkestr üçün konsertdir. Əsərin ilk ifaçısı bəstəkar və pianoçu Ceyhun Allahverdiyevdir. Sonralar Almaniyada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva da bu konserti ifa edib.

Milli koloritli melodiyalar

Arif Məlikovun yaradıcılığında opera janrı olmasa da, o, teatr musiqisinin digər növü - operettaya müraciət edib. 1967-ci ildə o, Əliağa Kürçaylının əsəri əsasında maraqlı, obrazlı “Dalğalar” adlı musiqili komediyasını yazır. Operetta müasir mövzuda, Xəzər dənizinin balıqçılarının həyatına həsr olunub. Burada rəngarəng orkestr, müasir harmonik dili, milli koloritli melodiyalar böyük yer tutur. 1968-ci ildə müasir mövzuda Ümumittifaq teatr tamaşalarının baxışında “Dalğalar” operettası Birinci dərəcəli diploma layiq görülüb.

A.Məlikov simfoniyalarla yanaşı, simfonik poema və süita janrına da müraciət edib. Onların sırasında “Nağıl”, “Unutmayın”, “Qəhrəmani poema”, “Füzuli” (simli orkestr üçün poema), “Vətən”, “Axırıncı aşırım” və “Metamorfozlar” simfonik süitalar qeyd oluna bilər.

Arif Məlikovun kamera musiqisi onun yaradıcılığında əhəmiyyətli və mühüm yer tutur. Kamera musiqisi bəstəkar yaradıcılığının maraqlı, dərin və özünəməxsus səhifələrindəndir. Bəstəkarın kamera musiqisini iki yerə ayırmaq olar: instrumental və vokal musiqi. Kamera-instrumental musiqiyə onun erkən prelüdləri, fortepiano pyesləri (“Skertso”, “Noktürn”, “Zarafat”, “Təzadlar” və s.), iki piano üçün Skertso, Violin və fortepiano üçün Skertso, “Anlar” silsiləsi, eləcə də solo violin üçün Sonata və digər əsərlər aiddir.

Arif Məlikovun yaradıcılığında vokal musiqisi

Bəstəkar Nazim Hikmətin sözləri əsasında səs və fortepiano üçün üç romans silsilələrinin və Almas Yıldırımın sözlərinə “Azərbaycan” balladasının, müxtəlif şairlərin mətnlərinə mahnı və romansların müəllifidir. Vokal musiqi janrına maraq bəstəkarda hələ yaradıcılığının erkən dövründə başlayıb. Artıq 1962-ci ildə, baletin müvəffəqiyyətli premyerasından dərhal sonra Məlikov özünün ilk romans silsiləsini yazır. Bəstəkar bu janra bütün yaradıcılığı boyu müraciət edib. 

Cəsarətlə deyə bilərik ki, N.Hikmətin sözlərinə yazılmış vokal silsilələr bəstəkarın yaradıcılığında mərhələ olmaqla yanaşı, həm də müasir Azərbaycan kamera-vokal lirikasının zirvəsini təşkil edir.

Arif Məlikov Üçüncü romans silsiləsini və “Azərbaycan” balladasını “Əbədiyyət” adlandırdığı Səkkizinci simfoniyasına daxil edib.

Ekranlaşan musiqilər

Kino musiqisinə bəstəkar gənc yaşlarından və bütün yaradıcılıq boyu müraciət edib. A.Məlikovun kino sahəsində ilk işi 1963-cü ildə uşaqlar üçün çəkilmiş “Sehrli xalat” filminə yazdığı musiqi olub. O bir sıra filmlərə, o cümlədən “26 Bakı komissarı”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qərib cinlər ölkəsində”, “Qatarda ölüm”, “Səyavuş”, “Rüstəm və Zöhrab”, “Hacı Qara”, “Dənizdən siqnal”, 5-seriyalı “Şahnamə” filmi, həmçinin “Qız qalası” və “Dədə Qorqud” cizgi filmlərinə musiqi bəstələyib. 

Kino və tamaşalara musiqi yazarkən A.Məlikov yenə də simfonist olaraq qalır, öz musiqisi ilə süjeti daha da dərinləşdirir və psixoloji tamamlayır. Onun bir çox kino və tamaşalara yazdığı mahnılar sevilərək sərbəst şəkildə ifa olunur.

“Mən ittiham edirəm...”

Zəngin və məhsuldar musiqi həyatı keçmiş bəstəkarın 75 illik yubileyi ilə əlaqədar 2008-ci ildə Bakı şəhərində Beynəlxalq musiqi festivalı keçirilib. İki həftəlik musiqi forumunda bəstəkarın kamera, simfonik musiqisi və yaradıcılığının zirvəsi sayılan “Məhəbbət əfsanəsi” baleti Mariinski teatrının truppasının ifasında təqdim edilib. Festivala bir çox yerli və xarici ifaçılar dəvət olunub. Bu festival bir daha bəstəkarın yaradıcılığının zəngin, maraqlı, çoxşaxəli və geniş olduğunu sübut edir.

Qeyd etmək istərdik ki, Arif Məlikov əsl vətənpərvərdir. O, ötən əsrin 90-cı illərində baş verən qanlı Qarabağ hadisələrini dərindən duymuşdur. Öz vətəndaşlıq hiss və həyəcanlarını, doğma yurduna olan vətənpərvər münasibətini A.Məlikov “Mən ittiham edirəm...” adlı fundamental kitabında parlaq şəkildə ifadə edib.

A.Məlikov bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur. Eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının rəhbəridir. A.Məlikov nəinki dahi bəstəkar, istedadlı rəssam, dirijor, eyni zamanda, çoxlu sayda tələbə yetişdirən və yetişdirməkdə davam edən gözəl pedaqoqdur. Bəstəkarın əsərləri dünyanın bir çox ölkələrində ifa olunur.

Bəstəkar Azərbaycan və dünya mədəniyyətinə verdiyi töhfələrə, sənətdə etdiyi xidmətlərə görə dövlətimiz tərəfindən yüksək qiymətləndirərək müxtəlif mükafat, orden və titullarla təltif olunub.

Bütün bu nailiyyətlərə baxmayaraq, Arif Məlikov bu gün də yaradıcılıq axtarışlarındadır. Hazırkı dövrdə o, Doqquzuncu simfoniya və “Yusif və Züleyxa” baleti üzərində işləyir. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətinin həm tarixi, həm də canlı əfsanəsidir.

“Məhəbbət əfsanəsi” ilə şöhrəti əfsanələşmiş bu bənzərsiz sənətkara yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş başlayıb

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib