Məhəmməd Quluzadə: Avropa Məhkəməsi Azərbaycana qarşı qərar çıxaranda siyasi mövqedən çıxış edir
Bakı, 25 dekabr, AZƏRTAC
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 700-dən çox dövlət qurumu əməkdaşları üçün təlim keçirilib. Onların arasında Bakıda və rayonlarda fəaliyyət göstərən polis, prokurorluq, məhkəmə orqanlarının əməkdaşları da var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hüquq və İnsan Hüquqları təşkilatının İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilmiş seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
Təmsil etdiyi təşkilatın seçki hüququ ilə bağlı dərsliyinin olduğunu söyləyən M. Quluzadə vurğulayıb: “Biz ötən illərdə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarları təhlil etdik. Avropa Məhkəməsində bəzən işlərdə uduzmağımıza səbəb sənədlərdə hər hansı texniki səhvlə bağlı olub. Nəzərə almaq lazımdır ki, ölkəmizə qarşı bu qərarların çıxarılması ilə ixtisaslaşmış şəxslər məşğul olurlar. Bundan əlavə, Avropa Məhkəməsi bizə qarşı qərar çıxaranda siyasi mövqedən də çıxış edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:16]
Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir
- 08.10.2026 [13:11]
Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]