Məhkumun ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Bakı, 13 aprel, AZƏRTAC
5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin bu il fevralın 28-də ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda iş üzrə ibtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
- 10.08.2026 [16:17]