MEKSİKA KUBADAN KÜSMƏYİNƏ PEŞMANDIR?
Derbes məktubunda təəssüflənir ki, münasibətlərdə baş vermiş böhranın inkişafı zamanı protokolda nəzərdə tutulan diplomatik kanallara məhəl qoyulmayıb. Məktubda deyilir ki, “bu günlər ərzində Kuba səfiri Meksikanın xarici işlər naziri ilə görüşməyi bir dəfə də xahiş etməmişdir. Meksikanın səfiri Kuba Xarici İşlər Nazirliyinə dəvət olunmamışdır”.
Meksika xarici siyasət idarəsinin başçısı iki ölkə arasında münasibətlərin normallaşdırılmasını, Meksika-Kuba dialoqunun diplomatik yolla nizama salınmasını ürəkdən istədiyini bildirmişdir.
Xatırladaq ki, mayın 2-də Meksika Kubadakı səfirini geri çağırmış və Kubanın Mexikodakı səfirinə ölkədən 48 saat ərzində çıxıb getməyi təklif etmişdir. Bu cür addım atılmasına Kuba lideri Fidel Kastronun mayın 1-də Havanadakı izdihamlı mitinqdəki nitqi səbəb olmuşdur. O, Kubada insan hüquqlarının pozulmasını pisləyən BMT qətnaməsini dəstəklədiklərinə görə Meksika və Perunun xarici siyasətini kəskin tənqid etmişdir.
Bu günlər Meksikanı etirazlar dalğası bürümüşdür. Sıravi meksikalılar, ziyalılar və işgüzar dairələrin nümayəndələri Prezident Visente Foks hökumətinin Kuba ilə münasibətləri kəskinləşdirmək xəttinə qarşı çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]