Meksika Prezidenti ABŞ-la sərhəddə yeni divarın tikintisini “geriyə doğru addım” adlandırıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Meksika Prezidenti Andres Manuel Lopes Obrador ABŞ-ın Texasın cənubunda yeni sərhəd divarının və digər maneələrin tikintisinə icazə vermək qərarını Birləşmiş Ştatların immiqrasiya siyasətində “geri addım” adlandırıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı gündəlik mətbuat konfransında deyib: "Divar tikintisinə icazə geriyə addımdır, çünki bu, miqrasiya problemini həll etmir. Miqrasiyanın səbəblərini aradan qaldırmaq lazımdır. Mən başa düşürəm ki, ABŞ-dakı ifrat sağçı siyasi qruplardan, xüsusən də miqrasiya amilindən və narkotika mövzusundan seçki məqsədləri üçün istifadə etmək istəyənlərdən çox böyük təzyiq var”, - deyə o, əlavə edib.
Obrador vurğulayıb ki, Meksika münaqişələri və mübahisələri güc tətbiq etmədən və ya məcburetmə tədbirləri olmadan dialoq yolu ilə həll etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]