Meksikada reabilitasiya mərkəzinə hücum nəticəsində 9 nəfər ölüb
Bakı, 8 aprel, AZƏRTAC
Meksikanın şimal-qərbindəki Sinaloa ştatında yerləşən reabilitasiya mərkəzinə silahlı hücum olub. Hadisə nəticəsində azı 9 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Tüfənglərlə silahlanmış maskalı basqınçılar klinikanın darvazalarını sındıraraq xəstələrə və işçilərə atəş açıblar.
“911” qaynar xəttinə edilən zənglərdən sonra hadisə yerinə gələn polis ölən və yaralananların olduğunu təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 8 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada həyatını itirib.
Ştatın Baş Prokurorluğu hücumla bağlı araşdırmalara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]