“Məktəb liderliyi” proqramı üzrə müsahibə mərhələsinə başlanılır
Bakı, 5 sentyabr, AZƏRTAC
“Məktəb liderliyi” proqramının II çağırışı üzrə müsahibə mərhələsinə start verilir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr onlayn və əyani formatlarda keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan müraciət edən namizədlər üçün əyani müsahibə sentyabrın 6-15-də, digər şəhər və rayonlardan müraciət edən namizədlər üçün isə onlayn müsahibə sentyabrın 16-dan etibarən təşkil olunacaq.
Qeyd edək ki, müsahibələrin keçirilmə vaxtı ilə bağlı dəvət məktubu növbəli şəkildə göndərilir. İştirakçılara elektron poçt ünvanının “Gələnlər” və “Spam” bölmələrini mütəmadi yoxlamaq tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:05]
Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]