Məktəb-liseydə soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Bakıdakı 267 nömrəli məktəb-liseydə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səslənməsindən sonra soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Adilə Orucova soyqırımı aktını ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayət kimi səciyyələndirərək bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yurd-yuvasından didərgin salmışlar.
Qeyd olumuşdur ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Qanlı faciə ilə bağlı ədalətli qərar yalnız 80 il sonra qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə ilk dəfə dövlət səviyyəsində 1918-ci il qırğınlarına siyasi qiymət verilmişdir.
Şagirdlər mart qırğınlarına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Sonda tədbir iştirakçıları bəzi siniflərdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “açıq dərs”ləri dinləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]