Məktəblərin ətrafında piyada keçidləri yenidən boyanır
Bakı, 6 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində müvafiq işlər görülür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə piyada keçidləri yenidən boyanır, asfalt üzərinə “Yavaş məktəb“ nişanları yazılır.