MƏKTƏBLƏRİN TİKİNTİSİ CARİ İLDƏ DƏ DAVAM ETDİRİLƏCƏKDİR
Təhsil nazirinin müavini İradə Hüseynova AZƏRTAC-ın müxbirinə demişdir ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində ötən il respublikamızda 130-dan çox məktəb binası tikilərək istifadəyə verilmişdir. Həmin məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təmin olunmuşdur. 2005-ci ildə xeyli sayda uşaq evləri, internat məktəbləri əsaslı təmir olunmuş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Bu işlər 2006-cı ildə də davam etdiriləcək, ölkənin gələcəyi olan uşaqların lazımi səviyyədə təhsil almaları üçün şərait yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]