Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilir
Bakı, 25 may, AZƏRTAC
Bu gün VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, VI-VII sinif şagirdləri arasında keçirilən final mərhələsi Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası ilə yanaşı, 15 regionda yaradılmış 37 mərkəzdə təşkil olunub.
Final mərhələsinə 4 min 624 məktəbli vəsiqə qazanıb. Bu mərhələdə iştirak edən şagirdlərin hər fənn üzrə 5 nəfəri qızıl, 10 nəfəri gümüş, 15 nəfəri bürünc (30 nəfəri həvəsləndirici sertifikat) medalla mükafatlandırılacaq. Qaliblərin adları 1 iyun 2021-ci il tarixinə qədər elan olunacaq.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]