Məktəblilərə Xəzər dənizinin çirklənmədən qorunması barədə məlumat verilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Beynəlxalq Dəniz Günü ilə əlaqədar paytaxtın 225 saylı tam orta məktəbində seminar keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda baş tutan tədbirdə məktəblilərə Xəzər dənizinin çirklənmədən qorunması, onun ekoloji vəziyyətinin yaxşılaşdırılması, bioloji ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]