Məktəblillər Tarix İnstitutunun qonağı olublar
Bakı, 23 iyun, AZƏRTAC
İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin şagirdləri AMEA-nın Tarix İnstitutunun qonağı olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru dosent İlqar Niftəliyev və elmi katib Ellada Bəkirova məktəblilərə Tarix İnstitutunda aparılan tədqiqatlar barədə ümumi məlumat verib, onları elmi-tədqiqat şöbələri ilə, institutun nəşrləri ilə tanış ediblər.
Görüş müddətində müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.