MELİORASİYA VƏ İRRİQASİYA İŞLƏRİNİN HƏCMİ VƏ KEYFİYYƏTİ YÜKSƏLMİŞDİR
Salyan, 12 oktyabr (AZƏRTAC). Cari ilin 9 ayında Salyan rayonunda 227 kilometr uzunluqda kollektor, 390 kilometr uzunluqda suvarma kanalı lildən təmizlənmişdir. Sözügedən dövrdə rayonda meliorasiya və irriqasiya sahələrinə xidmət edən 62 elektrik mühərriki, 92 nasos aqreqatı, 128 hidrotexniki qurğu və 7 hidropost da əsaslı və cari təmir olunmuşdur. 9 ayda meliorasiya və irriqasiya tədbirlərinin həcmi bir il əvvəlin uyğun dövründəkinə nisbətən 8 faiz yüksəlmiş, görülən işlər təxminən 30 min hektara yaxın torpaq sahəsinin mühafizəsi və məhsuldarlığının artmasına müsbət təsir göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]