Memarlıq ixtisasına qəbul olmaq üçün 390 nəfər qeydiyyatdan keçib
Bakı, 24 iyul, AZƏRTAC
Memarlıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlər (həmçinin subbakalavrlar) imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, memarlıq ixtisası üzrə qabiliyyət imtahanı vermək üçün 390 nəfər qeydiyyatdan keçib. Qabiliyyət imtahanı iyulun 28-31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Ətraflı məlumat bu il nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:03]
Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
- 02.06.2026 [19:59]
Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
- 02.06.2026 [17:17]
“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət
- 02.06.2026 [16:57]
Ədəbiyyat İnstitutunun əməkdaşı Prezident təqaüdünə layiq görülüb
- 02.06.2026 [16:37]