Memarlıq və İnşaat Universiteti: Bugünkü imtahanlarda 2181 tələbə iştirak edəcək
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yaratdığı mövcud vəziyyətə əsasən sessiya onlayn rejimdə test və yazılı üsulla keçirilir. İmtahanlara universitetin gənc admistrativ heyəti arasından seçilmiş, İKT Mərkəzində xüsusi təlim keçmiş 80-ə yaxın proktor nəzarət edir.
Bugünkü imtahanlarda ümumilikdə 94 qrup üzrə 2181 tələbə iştirak edəcək. Sonuncu qrupların imtahanı isə 16:00-da başlayacaq.
Fevralın 15-dək davam edəcək imtahan sessiyasında şəffaflığın təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [19:57]
ADPU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
- 18.06.2026 [17:53]