Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələrinə dair onlayn müzakirələr aparılıb
Bakı, 23 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq ali və orta təhsil müəssisələrində tədrislə yanaşı, bütövlükdə iş prosesi onlayn rejimə keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün strukturları da yeni qaydalara uyğun olaraq onlayn rejimdə çalışır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva Xarici əlaqələr şöbəsi ilə birgə növbəti onlayn toplantısını keçirib. Toplantıda universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti, müxtəlif mübadilə proqramlarına qoşulan tələbələrimizin hazırkı təhsil şəraiti, tərəfdaş universitet və qurumlarla əlaqələr müzakirə olunub. Eyni zamanda, iclasda qarşıda duran problemlər və onların mümkün həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Sonda N.Abdullayeva növbəti toplantıya qədər təklif və tapşırıqlarını verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]