Məmməd Abbasbəyli: Satınalmalarla bağlı 17 dövlət qurumundan sifariş gəlib
Bakı, 22 iyun, AZƏRTAC
“Dövlət satınalmaları haqqında” Qanun layihəsi 59 maddə, 10 fəsildən ibarətdir. Sənəd dövlət büdcəsinin vəsaitlərinin qənaətlə sərf olunmasını və digər məsələləri özündə ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət satınalmaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qanun layihəsinin beynəlxalq təcrübəyə əsaslanaraq işlənib hazırlandığını qeyd edən Məmməd Abbasbəyli satınalmalarla bağlı 17 dövlət qurumundan sifariş gəldiyini bildirib. Deyib ki, sifariş verənlər arasında ABŞ şirkəti də var.
Vurğulanıb ki, müzakirə olunan "Dövlət satınalmaları haqqında” Qanunun və Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə, satınalmalarda müsbət tendensiyalar müşahidə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]