Mərakeşdə terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb
Qahirə, 6 iyul, AZƏRTAC
Mərakeşdə ictimai asayişi, insanların həyatını və əmlakını hədəf alan terror planlarının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərakeşin Mərkəzi Məhkəmə Təhqiqatları Bürosu (BCIJ) bu gün açıqlayıb.
Qurumun yaydığı bəyanata əsasən, təhlükəsizlik qüvvələri dəqiq kəşfiyyat məlumatları əsasında Aqadir, Tarudant, Kasablanka, əl-Hacib, Tetuan, Fəqih bin Saleh və Səfi şəhərlərində eyni vaxtda əməliyyatlar keçiriblər.
Əməliyyatlar nəticəsində terror planları ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlardan birinin daha əvvəl “Terrorizmlə mübarizə” qanunu əsasında məhkum olunduğu üzə çıxıb.
Bəyanatda qeyd edilir ki, saxlanılan şəxslər Afrika Sahel bölgəsində fəaliyyət göstərən İŞİD terror təşkilatına bağlı qruplaşma ilə logistika və əməliyyat dəstəyi çərçivəsində əlaqələndirilmiş şəkildə fəaliyyət göstəriblər.
Aparılan axtarışlar zamanı hərbi geyimlər, partlayıcı qurğuların hazırlanmasına dair ətraflı təlimatlar, müxtəlif rəqəmsal daşıyıcılar, vizual materiallar və Mərakeş ərazisində təxribat xarakterli terror aktlarının törədilməsinə açıq çağırışlar əks olunmuş materiallar aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [21:41]
Tbilisinin mərkəzində torpaq sürüşməsi baş verib
- 06.07.2026 [21:38]
Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib
- 06.07.2026 [21:18]
Emmanuel Makron Dəməşqə ilk səfərini edib
- 06.07.2026 [21:09]
“Rosatom”: Mütəxəssislər iyulun ortalarında Buşəhr AES-ə qayıda bilərlər
- 06.07.2026 [20:45]
Türkiyə Prezidenti NATO-nun Baş katibini qəbul edib
- 06.07.2026 [20:42]
Konqoda “Ebola”dan ölənlərin sayı 500 nəfəri keçib
- 06.07.2026 [19:57]