RƏSMİ XRONİKA
MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ
Əlahəzrət,
Milli bayramınız - Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün Mərakeş xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.
Biz Azərbaycan-Mərakeş münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
20 iyul 2007-ci il.