“Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq
Bakı, 5 sentyabr, AZƏRTAC
“Mercedes-Benz” 12 ildən sonra əfsanəvi G sinif kabrioletinin (G-Klasse Cabrio) istehsalına yenidən başlayacaq.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkətin “IAA Mobility 2025” sərgisindən öncə paylaşdığı qısa tizerdə məlumat verilib.
“Mercedes-Benz” üstü açılan G sinif modelini 2013-cü ildə istehsaldan çıxarıb. Hazırda bu nadir modellər kolleksiyaçılar tərəfindən yarım milyon avroya qədər qiymətləndirilir. “Mercedes” 2017-ci ildə daha eksklüziv “Maybach G 650 Landaulet” modelini təqdim edib. Lüks seqmentə aid bu avtomobil 630 at gücündə V12 mühərriklə təchiz edilib və təxminən 750 min avroya satılıb. Adi G sinfi modelləri isə 125 min avrodan başlayan qiymətlərlə təklif olunur.
G sinfinə aid yeni nəsil kabriolet ilk dəfə ABŞ bazarında da təqdim ediləcək. Modelin satış tarixi və qiyməti barədə məlumat verilməyib. G sinfinin genişlənməsi brendin premium SUV seqmentində mövqelərini daha da gücləndirəcəyi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]