Mərkəz rəhbəri: Miqrasiya prosesləri Gürcüstanda HİV/QİÇS epidemiyasının ağırlaşma riskini artırır
Tbilisi, 4 sentyabr, AZƏRTAC
Miqrasiya prosesləri Gürcüstanda HİV/QİÇS epidemiyasının ağırlaşma riskini artırır. Bu da səbəbsiz deyil, HİV-ə yoluxma riski yüksək olan ölkələrdən miqrasiya ciddi problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze özünün feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, dövlət miqrantlarla müvafiq iş aparmasa, vəziyyət daha da ağırlaşa bilər. Miqrantlarla daimi iş aparılmalı, bütün HİV-ə yoluxmuş miqrantlar, eləcə də onlarla təmasda olan şəxslər vaxtında müalicə və qulluq xidmətlərinə cəlb olunmalıdır.
Onun sözlərinə görə, son 20 ay ərzində Gürcüstanda 226 nəfər əcnəbi vətəndaşa müvafiq müalicə xidməti göstərilib. Onların da 96-sı Rusiya, 81-i Ukrayna vətəndaşıdır.
“Son vaxtlar sosial şəbəkələrdə xüsusilə Rusiya və Ukraynadan miqrasiya proseslərinin aktivləşməsinin ölkədə HİV/QİÇS epidemiyasının pisləşmə riskini artırması ilə bağlı narahatlıqlar ifadə olunur. HİV-in yüksək sürətlə yayılmasını nəzərə alsaq, bu, əsassız deyil”, - deyə T.Tertsvadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]