Mərkəzi Bank Dünya Bankı və BVF-nin illik toplantılarında iştirak edəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantılarında iştirak məqsədilə ABŞ-a işgüzar səfəri başlayıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Vaşinqton şəhərində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank sədrlərinin qatılacağı tədbirlərdə iştirakı, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən illik toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]