Mərkəzi Bank Mingəçevirdə səyyar görüş keçirib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə növbəti səyyar görüş iyulun 2-də Mingəçevir şəhərində təşkil olunub.
Görüş zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb. Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]