Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2106024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 9816,7539 (8 faiz) manat və 9,831.6172 (7.34 faiz) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 68 milyon 680 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,831.6172 (7.34 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notların ödəmə tarixi cari il sentyabrın 13-dür.
Eyni zamanda, Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının AZ2105024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı təşkil olunub. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,940.5445 (7.69 faiz) manat və 9,954.3978 (5.89 faiz) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 430 min manat olub. Notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 9,954.3978 (5.89 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15 milyon manat təşkil edib. Notların ödəmə tarixi cari il iyulun 19-dur.