Mərkəzi Elmi Kitabxana 600 elektron nəşri “Hiperkitap” platformasına təqdim edib
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq elmi informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Kitabxana Türkiyənin aparıcı rəqəmsal platformalarından biri olan “Hiperkitap” rəqəmsal verilənlər bazasına 600 adda elektron nəşr göndərib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, bu təşəbbüs Azərbaycan tarixi, elmi və mədəni irsinin beynəlxalq rəqəmsal mühitdə daha geniş təmsil olunmasına imkan yaradır. “Hiperkitap” bazası dünyanın 10-dan çox ölkəsində 200-dən artıq universitet üçün açıqdır. Bu isə Azərbaycan tarixi, dövlətçiliyi və mədəniyyəti haqqında nəşr olunan kitabları həmin universitetlər üçün əlçatan edir.
Qeyd edək ki, 2026-cı ildən etibarən MEK-də istifadəçilər üçün “Hiperkitap” verilənlər bazasına abunəlik əsasında çıxış imkanı yaradılıb. Platforma veb və mobil interfeyslər vasitəsilə elektron resurslara fasiləsiz giriş təmin edir. Hazırda kitabxana oxucuları “Hiperkitap” bazasından MEK-in oxu zallarındakı kompüterlər vasitəsilə birbaşa istifadə edə bilirlər ki, bu da tədqiqatçılar və tələbələr üçün rəqəmsal mənbələrə çıxışı daha əlçatan edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]