Mərkəzi Elmi Kitabxana Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb
Bakı, 15 iyun, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına həsr olunan videoçarx hazırlayıb.
Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda Vətənin dar günündə, siyasi çəkişmələrin, xaosun tüğyan etdiyi bir zamanda xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu Öndərin uğurlu siyasi fəaliyyəti təqdim edilib, onun hakimiyyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıması vurğulanıb.
Videoçarxda Milli Qurtuluş Gününün məzmun və mahiyyətinin təqdim edilməsi ilə yanaşı, həmçinin Mərkəzi Elmi Kitabxanada Ulu Öndərin irsinin təbliğ olunması ilə bağlı yeni açılan Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi barədə məlumat verilib. Videoçarx sosial şəbəkələrdə çoxminlik səhifələr tərəfindən paylaşılıb.