Mərkəzi İncəsənət Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib
Bakı, 27 may, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 28 may - Respublika Gününə həsr olunmuş hesabat konserti olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, musiqişünas Nərgiz Kərimova çıxış edərək Respublika Gününün əhəmiyyəti barədə danışıb.
Sonra Mərkəzi İncəsənət Məktəbinin şagirdləri tərəfindən konsert proqramı təqdim olunub. Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim edilən konsert maraqla qarşılanıb.
Konsertdə dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edilib.