Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin müraciətlərini araşdırıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin müraciətləri ilə bağlı araşdırma apardıqdan sonra sentyabrın 13-də keçirdiyi növbəti iclasında yekun qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyi qeydə alınmış Aydın Əbilovun müraciəti vaxtı ötdüyü üçün qəbul edilməyib.
22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Cahandar İsmayılovun isə müraciəti əsassız hesab edilib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının seçki prosesində pozuntularla əlaqədar müraciəti qismən qəbul edilib.
20 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi qeydə alınmış Sərdar İsmayılovun isə 80, 81, 83 və 84 saylı məntəqələrdə pozuntularla bağlı müraciəti əsassız hesab edilib.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadənin müraciətinə baxılıb və qismən təmin edilib.
Namizəd müraciətində 62 seçki məntəqəsindən 12-də qanunsuzluqlar aşkar edildiyini bildirib.
Araşdırmaların nəticəsində həmin seçki dairəsi üzrə 3, 4, 18 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [10:54]
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayıb - ŞƏRH
- 03.07.2026 [08:22]
Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edilib
- 02.07.2026 [18:19]
Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO
- 02.07.2026 [16:45]
Nazario Paqano: Azərbaycan-İtaliya iqtisadi əlaqələri dinamik inkişaf edir
- 02.07.2026 [15:47]