MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Əvvəlcə komissiyanın 2006-cı il 12 sentyabr tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova 60 saylı İmişli-Beyləqan seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə dair məsələ barədə məlumat vermiş və Mərkəzi Seçki Komissiyası həmin DSK-nın təkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.
Komissiyanın üzvü Fuad Cavadov 2006-cı il oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciət barədə məlumat vermişdir. Müraciətin aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
Bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərlə əlaqədar Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət barədə komissiyanın katibi Natiq Məmmədov məlumat vermişdir. Həmin qurum seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadığından müraciəti təmin edilməmişdir.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]