“Mərkiz” və “Hadrut” futbol komandaları arasında yoldaşlıq görüşü olub
Laçın, 3 mart, AZƏRTAC
Laçın rayonunun “Mərkiz” futbol klubu ilə Füzuli rayonunun “Hadrut” futbol klubunun komandaları arasında yoldaşlıq görüşü çərçivəsində oyun keçirilib.
“Mərkiz” klubunun rəhbəri Elvin Salahovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, yarış martın 2-də saat 22:00-da Ask Arenada (Şəfa stadionunda) gerçəkləşib. Oyunda ilk qolu Hadrut komandası vuraraq, fasiləyə 2:0 hesablı qələbə ilə yollanıb. “Mərkiz” komandası oyunun ikinci hissəsində təzyiqi bir qədər artıraraq 7:4 hesablı qələbə ilə oyundan qalib ayrılıb.
Qeyd edək, “Mərkiz” komandası bundan əvvəlki oyunda Bakı şəhərinin “Ramana” komandası ilə keçirdiyi yoldaşlıq görüşündə 5:4 hesablı qələbə qazanıb.