Məşhur tennisçilər ATP ilə WTA-nı bir qurumda birləşməyə çağırıblar
Bakı, 23 aprel, AZƏRTAC
Məşhur isveçrəli raketka ustası Rocer Federer Peşəkar Tennisçilər Assosiasiya (ATP) ilə Qadın Tennisi Assosiasiyasını (WTA) bir qurumda birləşməyə çağırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Pekin-2008” Yay Olimpiya Oyunlarının qalibi artıq birləşməyin vaxtının çatdığını deyib. Bildirib ki, bu iki təşkilat azarkeşlərdə çaşqınlıq yaradır. Çünki hər iki təşkilatın öz loqosu, reytinq sistemi və fərqli kateqoriyalar üzrə yarışları var. Koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə birləşmə mütləqdir. Böhran dövründə iki zəifləmiş qurumun fəaliyyətindənsə, bir güclü təşkilatın olması vacibdir.
Dünya reytinqində ikinci pillədə qərarlaşan ispaniyalı tennisçi Rafael Nadal həmkarının fikirlərini dəstəkləyib.
Qeyd edək ki, ATP 1972-ci ildə, WTA isə 1 il sonra yaradılıb. Bir müddət əvvəl hər iki qurum koronavirus pandemiyasına görə iyulun 13-dək bütün turnirləri dayandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]