Messi “İnter Mayami” klubunda debüt matçında qələbə topunu vurub
Bakı, 22 iyul, AZƏRTAC
Argentinalı Lionel Messi ABŞ-ın “İnter Mayami” futbol klubunun heyətində meydançaya çıxdığı ilk oyunda qol vurub.
AZƏRTAC xəbər verir ki, Messi Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Kruz Azul” komandasının qapısından qələbə topunu 90+4-cü dəqiqədə cərimə zərbəsi ilə keçirib. Qarşılaşma 2:1 hesabı ilə ABŞ klubunun xeyrinə başa çatıb.
Debüt oyununa ehtiyat oyunçular skamyasında başlayan Lionel Messi meydançaya 54-cü dəqiqədə daxil olub.
Bu, “İnter Mayami” komandasının ABŞ Açıq Kubokunda iyunun 8-dən bəri ilk qələbəsidir. Florida klubu sonrakı altı matçda üç dəfə məğlubiyyətə uğrayıb və üç heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]