MESXETİ TÜRKLƏRİNİN VƏTƏNƏ QAYTARILMASI SAVAB İŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, münaqişələrin tənzimlənməsi məsələləri üzrə dövlət nazirinin baş müşaviri Temur Lomsadze ötən əsrin ortalarında Gürcüstandan sürgün edilmiş Mesxeti türklərinin vətənə qaytarılması prosesinin 2011-ci ildə başa çatdırılmalı olduğunu bildirmişdir.
T.Lomsadze bununla əlaqədar Gürcüstanın Avropa Şurası qarşısında qəbul etdiyi öhdəliyi xatırlatmış və Mesxeti türklərinin repatriasiyası prosesinə 2007-ci ildən başlanacağını, prezident Mixail Saakaşvilinin fərmanı ilə Dövlət Komissiyası yaradıldığını, iqtidarın bu istiqamətdə səmərəli fəaliyyətini qeyd etmişdir.
T.Lomsadze Gürcüstan hakimiyyətinin ədaləti bərpa edəcəyinə, Mesxeti türklərinin həsrətində olduqları vətənə qaytarılmasını təmin etməklə savab iş görəcəyinə əminliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]