METRODA GEDİŞ HAQQI ARTIRILMAYACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son illər nəqliyyatın bu növünün inkişafında görülən işlərdən və perspektiv planlardan danışan idarə rəisi bildirmişdir ki, metroda texniki və digər təhlükəsizlik tədbirləri görülür. Stansiyalarda quraşdırılmış monitorlar metroya girib-çıxanların hərəkətlərini izlənməsinə imkan verir.
Bakı Metropolitenində gediş haqqının dünyada ən ucuz olduğunu xatırladan idarə rəisi bunun, bu il də artırılmayacağını bildirmişdir.
Şəhərimizdə yeraltı nəqliyyata təhlükə yarada biləcək heç bir inşaat işinin görülmədiyini bildirən Tağı Əhmədovun sözlərinə görə, metro xətlərinə yaxın yerlərdə tikinti aparılarkən bütün təhlükəsizlik tələblərinə riayət olunur.